Yəməndə Səudiyyə Ərəbistanının hərbi gəmisinə hücum təşkil edilib
Hücum hökumət əleyhdarı husilər tərəfindən reallaşdırılıb. Sana hakimiyyətini dəstəkləyən Səudiyyə Ərəbistanının hərbi gəmisi partladılıb. Qayıqlar vasitəsilə təşkil edilən hücumda gəmi partladılıb. İki Səudiyyə əsgəri ölüb, üçü isə yaralanıb.
Yəməndə İranın dəstəklədiyi husilərlə beynəlxalq ictimaiyyət tərəfindən tanınan Sana hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərliyi altında fəaliyyət göstərən koalisiya qüvvələri arasında savaş getdikcə qızışır.
Verilən xəbərə görə, Qırmızı dənizdə patrul xidməti həyata keçirən Səudiyyə Ərəbistanına məxsus hərbi gəmi Hudeyde limanının qərbində hücuma məruz qalıb. Husilər üç qayıqla gəmiyə hücum edib onu partladıblar./olke.az
7news.Az








