İraqın paytaxtı Bağdadda terror aktı törədilib.
Şiələrin hədəf alındığı terror hücumunu İŞİD silahlıları həyata keçirib. Məhərrəm ayı ilə əlaqədar olaraq İmam Hüseyn və yaxınlarının şəhid edilməsi münasibətiylə təşkil olunmuş ehsan çadırını hədəf alan terrorçular 14 nəfərin həyatına son qoyublar. İraq polisinin verdiyi məlumata görə şiddətli partlayış yol kənarına yerləşdirilmiş avtomobildə quraşdırılmış partlayıcı qurğu vasitəsiylə həyata keçirilib. Hadisə nəticəsində xəsarət almış 12 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağırdır.
Qeyd edək ki, şənbə günü İraqda İŞİD silahlıları daha bir ehsan çadırında partlayış gerçəkləşdirmişdilər. Həmin hücum zamanı 25 dinc insan həlak olmuşdu.
7News.az







