RU
Yenə yağış?..
14:30
1053

Yenə yağış?..

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 15-19° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.

Dağlarda gecə 1-6°, gündüz 7-12° isti olacağı gözlənilir./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ