RU
Yeni ailə quran gəncin faciəvi ölümü
17:29
1192

Yeni ailə quran gəncin faciəvi ölümü

Lerik rayonunda bədbəxt hadisə baş verib.

7News.az xəbər verir ki, lənkəranlı gənc Lerik ərazisində çayda çimərkən boğulub.

Hadisə Lənkəran-Lerik yolunun 25-ci km-də Sivəkəran kəndində qeydə alınıb. Lənkəran sakini, 18 yaşlı İsmayılov Mircavad Məhəmməd oğlu yolun kənarındakı dərəyə enib və aşağı hissədə çimmək istəyib.  Bu zaman isə çayda batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub və meyit təxminən bir saatdan sonra çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, Mircavad İsmayılov yenicə ailə qurubmuş.

Faktla bağlı araşdırma aparılır./region tv

7News.az

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ