Avstraliyalı Co Beçara üç həftə əvvəl Françeska ilə evlənmişdi. Onlar toyun ertəsi günü "bal ayı"na çıxmışdılar və üç həftəlik ABŞ-ın Nyu-York şəhərinə yollanmışdılar.
27 yaşlı Françeska Beçara dünən fitnes zalına yollanıb, məşqə başlayıb. Yarım saat sonra isə o, zalda huşunu itirərək.
Françeska "Mount Sinai Hospital" aparılıb. İlkin müayinə 28 yaşlı Co Beçaranın xanımının başından ağır travma aldığını, kəlləsində hematomalar olduğunu göstərib.
Françeska Beçara başında üç ağır və ciddi cərrahiyyə əməliyyatına məruz qalmışdı. Müalicə ən azı 4 ay davam edəcək.
Co Beçara isə ABŞ-da yenicə ev aldığı üçün onun cərrahiyyə əməliyyatlarına və müalicəyə pulu yoxdur.
C.Beçara "Go Fund Me" saytında qeydiyyatdan keçərək xanımının əməliyyatı üçün pul toplayır. O, evini, avtomobilini və bütün zinət əşyalarını da satışa çıxarıb.
Françeska Beçaranın müalicəsi üçün 300 min dollar gərəkdir.
7News.Az











