Yaxın saatlarda Azərbaycanda yeni baş nazirin adı məlum olacaq.
7news.az xəbər verir ki, yeni baş nazir Milli Məclisin plenar iclasında təsdiq olunacaq.
Məlumat üçün qeyd edək ki, aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Artur Rasi-zadəyə ötən illərdə baş nazir kimi səmərəli fəaliyyətinə görə təşəkkür etməsi yeni baş nazirin yenidən Artur Rasi-zadə olacağı ehtimallarını tamamilə aradan qaldırıb.
Saytımızın əldə etdiyi məlumata görə, Artur Rasi-zadənin postunu iqtisadiyyat naziri vəzifələrini icra edən Şahin Mustafayev tutacaq. Məhz Şahin Mustafayevin iqtisadiyyat naziri kimi ötən illərdəki səmərəli fəaliyyəti, bu illər ərzində Azərbaycan iqtisadiyyatında əldə edilən nailiyyətlər yüksək dəyərləndirildiyi üçün yeni baş nazir postunun ona həvalə ediləcəyi də istisna edilmir.
7news.Az








