“Azərsu” abonentlərinə xəbərdarlıq etdi.
İyunun 13-də gün ərzində Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən 7news.Az-a bildirilib.
Qurumdan qeyd edilib ki, məhdudiyyətin yaranması yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
7news.Az








