Hindistanın paytaxtı Yeni Dehlidəki "Arpit Palace" hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
7News.Az trend-ə istinadən xəbər verir ki, 34 nəfər xilas edilib, 3 nəfər isə xəsarət alıb. Yanğından xilas olmaq məqsədilə pəncərədən tullanan iki nəfər də ölüb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.
Bundan əvvəl 9 nəfərin həlak olduğu deyilirdi.
Polis ölənlərin əksəriyyətinin tüstüdən boğulduğunu bildirir.
09:04
Hindistanın paytaxtı Yeni Dehlidə hoteldə baş verən yanğın nəticəsində 9 nəfər həyatını itirib.
7News.Az trend-ə istinadən xəbər verir ki, yanğın yerli vaxtla 04:30-da baş verib.
35 nömrəsi olan 3 mərtəbəli "Arpit Palace" hoteli paytaxta işlə bağlı səfər edən bir ailənin üzvləri tərəfindən tam tutulmuşdu.
Yerli KİV-lər ölənlər arasında uşaq və qadınını olduğunu da bildirir.
Hadisə yerində xilasedicilər və yanğın briqadaları işləyir. Ölənlərin sayı arta bilər.
7News.Az








