Britaniyada yeni doğulan övladını boğub öldürən qadın sərbəst buraxılıb.
7News.az "The Sun"a istinadla bildirir ki, hadisə ötən il Britaniyanın cənubundakı Sasseks vilayətində baş verib. 30 yaşlı Cintar Samineyt adlı qadın hamamda doğduğu övladını şalvarla boğub, öldürüb.
O əvvəl cinayəti etiraf etməsə də, sonra uşağı boğduğunu dilə gətirib. Məhkəmə onun əqli sağlamlığının yerində olmaması ilə bağlı qərar çıxardıb. Cintar hazırda azadlıqdadır.
7News.az








