RU
Yeni doğulan şahzadənin adı açıqlandı
13:50
323

Yeni doğulan şahzadənin adı açıqlandı

Böyük Britaniya şahzadəsi və Sasseks hersoqu, şahzadə Harri və Meqan Markl dünyaya yeni gəlmiş körpələrinə qoyduqları adı açıqlayıblar. Milli.Az Trend-ə istinadən bildirir ki, körpəyə Arçi Harrison Mauntbatten-Vindzor adı verilib.

Ötən gün isə cütlük Vindzorda fotosessiya zamanı ilk dəfə körpələrini ictimaiyyətə göstəriblər.

Xatırladaq ki, bu körpənin doğulması ilə Böyük Britaniya kraliçası II Yelizaveta səkkizinci dəfə ulu nənə olub.

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl ötən ilin mayında evlənib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ