RU
Yeni əlillik meyarları müddətsiz əlillik dərəcələri olan şəxslərə şamil olunmayacaq
21:20
697

Yeni əlillik meyarları müddətsiz əlillik dərəcələri olan şəxslərə şamil olunmayacaq

Əlillik meyarları ilə bağlı yeni əsasnamə Milli Məclisdə 3-cü oxunuşdan sonra qəbul edilib və 2022-ci il iyulun 1-dən tətbiqi nəzərdə tutulub.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, yeni əsasnamə əvvəlcədən müddətsiz əlillik dərəcələri müəyyən edilmiş şəxslərə şamil olunmayacaq: "Yəni, müddətsiz əlilliklərin yenidən qiymətləndirilməsi zərurəti yaranmırsa, bu əsasnamə onlara şamil olunmur”.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ