RU
Yeni evlənən cütlüyün cəsədi otel otağından tapıldı
15:10
133

Yeni evlənən cütlüyün cəsədi otel otağından tapıldı

Bal ayı üçün otelə gedən cütlüyün cəsədləri tapılıb.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün yeni evlənən cütlük bal ayı üçün gəldikləri oteldə onlar üçün ayrılmış otaqda hərəkətsiz vəziyyətdə tapılıb.
 
Cütlüyün cəsədləri müayinə üçün Ürgüp Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
 
Aparılan araşdırmadan sonra otelin mərkəzi istilik sistemində kömürdən istifadə etdiyi öyrənilib.
 
Nevşehirin Ürgüp mahalına bağlı Ortahisar qəsəbəsində bir oteldə bal ayı keçirən cütlüyün qaldıqları otaqda ölümü ilə bağlı aparılan istintaqda 3 şübhəli həbs edilib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ