RU
Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi qəbul olundu
14:55
1362

Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi qəbul olundu

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, yeni İnzibati Xətalar Məcəlləsi 40 fəsil, 608 maddədən (əvvəlki 35 fəsil, 458 maddə idi) ibarətdir. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ