RU
Yeni hazırlanmış malyariya peyvəndi 12 Afrika ölkəsinə gedəcək
14:33
187

Yeni hazırlanmış malyariya peyvəndi 12 Afrika ölkəsinə gedəcək



7NEWS.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu (UNICEF) və Gavi Vaksin Alyansının birgə bəyanatında bildirilir ki, 2025-ci ilin sonuna qədər 12 Afrika ölkəsinə təxminən 18 milyon doza malyariya peyvəndi göndəriləcək.
Açıqlamada Britaniyanın dərman şirkəti GSK tərəfindən hazırlanmış Mosquirix (RTS,S/AS01) peyvəndinin Qana, Keniya və Malavidə artıq 1,7 milyon uşaq üzərində sınaqdan keçirildiyi xatırladılıb.
Benin, Burkina Faso, Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Liberiya, Niger, Sierra Leone və Uqanda bu ölkələrlə yanaşı peyvəndi alacaq digər ölkələrdir. Açıqlamada həmçinin qeyd olunub ki, malyariya peyvəndinə illik tələbat 2026-cı ilə qədər 40-60 milyona yüksələcək.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ