RU
Yeni il gecəsi metro bir saat çox işləyəcək
10:47
750

Yeni il gecəsi metro bir saat çox işləyəcək

“Sərnişinlərin rahatlığı nəzərə alınıb”.

31 dekabr, Yeni il gecəsi “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışacaq. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hər il olduğu kimi bu il də dekabrın 31-də qatarlar adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək.

“Sərnişinlərin rahatlığını nəzərə alaraq, metroda artıq belə praktika mövcuddur. Dekabrın 31-də metroda iş rejimi 1 saat gec bitir. Əgər dövlət əhəmiyyətli şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox işləsin”, - deyə Nəsimi Paşayev bildirib.

Xatırladaq ki, metropoliten adi günlərdə saat 24:00-dək işləyir. /oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ