RU
Yeni ildə İstanbulda terror törədən şəxsin tutulması üçün — Hollandiyada əməliyyat
01:13
499

Yeni ildə İstanbulda terror törədən şəxsin tutulması üçün — Hollandiyada əməliyyat

İstanbulun Reina əyləncə mərkəzində terror törətməkdə şübhəli bilinən şəxsin Hollandiyanın Venendal şəhərində görünməsi barədə xəbərdarlıq həyəcanlı anlara səbəb olub.
 
Venendal polis idarəsinə şəhərdəki ticarət mərkəzlərindən birində Reina terrorçusunun olması barədə məlumat daxil olub.
 
Məlumatdan sonra Hollandiya polisi helikopterlərin də dəstəyi ilə ticarət mərkəzində əməliyyat keçirib. Ticarət mərkəzinin bütün giriş və çıxışlarını bağlayan polis şübhəli şəxsi yaxalayıb. Saxlanılan şəxsin Reinada qətliamı törədən şəxs olmadığı müəyyənləşib. Bundan sonra həmin şəxs azadlığa buraxılıb.
 
Xatırladaq ki, Yeni ilin ilk saatlarında İstanbuldakı Reina əyləncə mərkəzində 39 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi törədilmişdi. Teraktın şübhəlisinin daha sonra mətbuatda şəkilləri yayılmışdı./olke.az
 
7news.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ