Yeni ilin ilk günündə respublikanın bir sıra yerlərində yanğın hadisələri qeydə alınıb.
Sabirabad rayonu, Ulacalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 32 kv.m və döşəməsi 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin eyvanında şkaf, içərisindəki əşyalar 5 kv.m sahədə və eyvanın qapı-pəncərəsi yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Binəqədi rayonunda isə ikimərtəbəli kommunal tipli binanıın 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 34 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd divan və soyuducu yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlaması yanıb. Yaxınlıqdakı digər ot bağlamaları yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan 2 otaqlı mənzilin 1 otağının tüstü bacasının ətrafı 2 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 70 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb./trend
7news.az








