31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, yarmarkalar dekabrın 24-dən 31-dək davam edəcək: "Bakı şəhərində 5 ünvanda, Sumqayıtda isə 2 ünvanda yarmarkalar təşkil ediləcək. Artıq müvafiq icra hakimiyyətləri ilə danışıqlar başa çatdırılıb. İşlər yekunlaşmaq üzrədir. Yarmarkaya məhsul çıxaracaq icra hakimiyyətləri ilə danışıqlar aparılır. Məhsulların çeşidliliyinin artırılmasına çalışırıq”.
M.Hacıyev nazirliyin əməkdaşlarının yarmarkada mütəmadi monitorinqlər aparacağını deyib: "Dövlət Fitosanitar Nəzarət Xidməti və Dövlət Baytarlıq Nəzarəti Xidməti yarmarkalara tam nəzarət edəcək. Həmçinin müayinələrin vaxtında aparılması üçün səyyar laborotiyalarmız yarmarkalara cəlb olunub”.








