RU
Yeni `iPhone`un görüntüləri yayıldı
18:02
625

Yeni `iPhone`un görüntüləri yayıldı

İnternetdə `Apple`-ın yeni qurğusunun görüntülərinin ehtimal edildiyi fotolar yayılıb.

7News.Az məlumatına görə, yeni qurğunun `iPhone 5SE` adlanacağı və bu ilin mart ayında ictimaiyyətə təqdim olunacağı gözlənilir. 

Məlumata əsasən `iPhone 5SE` `6s` modelinin kiçildilmiş və hələ 2013-cü ildə `iPhone 5s`-in təkmilləşdirilmiş versiyasıdır. Qurğunun ekranın 4 dyum olacağı gözlənilir. 

Bundan əlavə, `iPhone 5SE`-ə 8 megapiksel həcmində əsas kamera, NFC –çip, A8 prosessorunun quraşdırılacağı bildirilir. 

`iPhone 5SE`-in martın sonu və ya aprelin əvvəlində satışa çıxarılacağı gözlənilir. Həmin vaxt yeni `Apple Watch`-da ictimaiyyətə təqdim olunacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ