RU
18:25
107

"Yeni Klinika": "Elnur Əşrəfoğlu ECMO cihazından ayrılıb, vəziyyəti kritik ağırdır"

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan 7NEWS.Az-a bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.

"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ