RU
Yeni ölümcül epidemiya GƏLİR - Bu dəfə DOVŞANLAR ...
15:20
445

Yeni ölümcül epidemiya GƏLİR - Bu dəfə DOVŞANLAR ...

Dünya koronavirusla "vuruşarkən" virusun episentri olan ABŞ-dan daha bir bədxəbər gəlib: "Dovşan hemorragik virusu 2 (RHDV2)" kimi tanınan yeni ölümcül epidemiya həm vəhşi, həm də ev dovşanları arasında yayılıb.

7News.Az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Belə ki, martın əvvəlində ilk dəfə ölkənin cənub-qərbindəki Nyu-Meksiko ştatında aşkarlanan virus Texas, Arizona, Kolorado və Kaliforniya ştatlarına da yayılmağa başlayıb.

Açıqlamada "RHDV2"nin "COVİD-19"la əlaqəsinin olmadığı, insanlara və ya digər heyvanlara yoluxmadığı, yalnız dovşan növlərinə təsir etdiyi qeyd olunur.

Maraqlıdır ki, RHDV epidemiyası da ilk dəfə 1984-cü ildə Çində qeydə alınıb. Bu ölkəyə isə virusun Avropadan gətirilən dovşanlardan keçdiyi ehtimal olunur.
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ