RU
Yeni manat olmayacaq
13:13
767

Yeni manat olmayacaq

Elman Rüstəmov məsələyə aydınlıq gətirdi.

Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur.

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov bildirib.

E. Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”, - deyə E. Rüstəmov bildirib. /APA

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ