RU
Yeni marşrut xətti istifadəyə verilir
12:42
1031

Yeni marşrut xətti istifadəyə verilir

“BakuBus" MMC bu gün və sabah sınaq rejimində 9 nömrəli avtobus marşrut xəttini buraxır.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ilk iki sınaq günündə 8 avtobus xəttə buraxılacaq, üçüncü gündə artıq normal rejimdə işə başlayacaq. Avtobusların gediş istiqaməti belə olacaq: Təkrar Metal Zavodu  - Keşlə bazarı - N. Nərimanov m/s - Gənclik m/s - Tibb Universiteti - Heydər Əliyev Sarayı - Sahil metrosu - Azneft meydanı - Səbayıl meydanı - Su İdman Mərkəzi.Qayıdış istiqaməti isə belə olacaq: Su İdman Mərkəzi - Səbayıl meydanı - Azneft meydanı - Mərkəzi Bank - Koroğlu parkı - Gənclik m/s - N. Nərimanov m/s - Keşlə bazarı - Təkrar Metal Zavodu.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ