RU
Yeni mobil operatorun bazara girməsi nəyi dəyişəcək?
01:32
826

Yeni mobil operatorun bazara girməsi nəyi dəyişəcək?

Azərbaycanın "Delta-Telecom LTD" operatoru respublikanın bütün ərazisini tamamilə əhatə edən 4G TDD-LTE Advanced mobil rabitə şəbəkəsini qurmağa hazırlaşır. Yerli operator Alcatel-Lucent, Ericsson və digər istehsalçı şirkətlərlə 2.4 GHZ diapozonunda respublikanın bütün ərazisini əhatə edən 4G şəbəkəsini ilin sonunadək qurmağı planlayır.

Hazırda respublikanın bütün ərazisini əhatə edən geniş İP-MPLS fiber-optik şəbəkələrinə malik olan şirkət, əhaliyə göstərilən mobil rabitə xidmətlərinin keyfiyyətini artırmaq üçün "Telekom-İnvest" şirkəti ilə birlikdə 4-cü mobil rabitə operatoru olaraq fəaliyyətə başlayacaq. Delta-Telecom LTD şirkətinin rəhbərliyi 4-cü mobil rabitə operatorunun fəaliyyətə başlaması barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəklərini bildiriblər.

"TeliaSonera" şirkəti tədricən Avrasiya regionundan çıxaraq əsasən biznesini Avropa regionuna yönəldəcək. Bu barədə İsveçin telekommunikasiya nəhənginin açıqlamasında deyilir. Bəyanatda deyilir ki, şirkət tədricən Avrasiya regionundan tamamilə çıxacaq. Qeyd edək ki, bəyanatda qeyd edilən Avrasiya regionuna postsovet respublikaları və Nepal daxildir. "TeliaSonera" Azərbaycanda "Azercell" brendi altında fəaliyyət göstərir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info-ya açıqlamasında bildirdi ki, əslində "Azercell" Azərbaycandan getmir: "Sadəcə onun mülkiyyətçisi dəyişir. Əvvəl onun səhmləri başqa şirkətə məxsus idi, indi çox güman ki, başqa bir şirkətə məxsus olacaq. Sözsüz ki, bu özü "Azercell"in fəaliyyətində təsirsiz ötüşməyəcək. Digər mobil operatorun isə bazara girməsi düşünürəm ki, bazarda müəyyən dəyişikliklər yaradacaq. Yeri gəlmişkən, qeyd edim ki, bizdə bazar elə də böyük deyil. Yəni biznes nöqteyi nəzərdən bazar balacadır. Təbii ki, bu bazarda gəlirlər var. Ona görə də "Azercell" son 10 ildə Azərbaycana 1 milyard investisiya qoyub".

O.Gündüz düşünür ki, bazarın balaca olmasına baxmayaraq yeni mobil operatorun bazara daxil olması mobil operatorlar arasında rəqabəti çətinləşdirəcək: "İkincisi, keyfiyyətli xidmət uğrunda mübarizə başlayacaq. Sözsüz ki, qiymətlərə də təsir edəcək. Qiymət endirimləri güman ki, olacaq. Son olaraq isə daha çeşidli, müxtəlif mobil xidmətlər ortaya çıxacaq. Bu saydığım dəyişiklikləri gözləməyə dəyər"./bizimyol

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ