Dekabrın 30-da Qırğızıstan parlamenti-Joqorku Keneşdə insan hüquqları üzrə müvəkkilin - ombudsmanın seçilməsi ilə bağlı xüsusi iclas keçirilib.
7news.az Azərtac-a istinadən xəbər verir ki, parlamentin mətbuat xidmətinin məlumatına görə, gizli səsvermə nəticəsində İctimai Televiziya və Radio Verilişləri Korporasiyasının keçmiş baş direktoru Kubat Otorbaev Qırğızıstanın ombudsmanı seçilib.
Ölkə qanunlarına görə, yeni ombudsman deputatlar qarşısında and içib.
7news.az








