7News.az xəbər verir ki, İtaliyada təcrübəli paraşütçü Simone Bakçieqa yeni paraşütünü sınaqdan keçirərkən qəzaya düşüb. Qəza Bakçieqa yeni paraşüt avadanlığını sınaqdan keçirmək üçün 4000 metr hündürlükdən tullanması zamanı baş verib. Bildirilir ki, Bakçieqa eniş zamanı istiqamətini düzəltməyə çalışsa da, paraşütə nəzarəti itirərək yerə çırpılıb.








