RU
Yeni qatarlar 3 gün pulsuz olacaq - FOTOLAR
17:13
786

Yeni qatarlar 3 gün pulsuz olacaq - FOTOLAR

Bakı-Xırdalan-Sumqayıt qatarından üç gün ərzində sərnişinlər pulsuz istifadə edəcəklər.

Bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Kommunikasiya Texnologiyaları Şöbəsinin rəisi Samir Qənili məlumat verib.

QSC rəsmisi qeyd edib ki, Tarif Şurasının qərarından sonra Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı üçün gediş haqları məlum olacaq.

“Hazırkı plana görə, Bakı-Sumqayıt-Bakı qatarları Bakıdan səhər saat 08:00-da və axşam saat 20:00-da Sumqayıta yola düşəcək. Sumqayıtdan isə səhər saat 09:30-da və 21:30-da Sumqayıtdan Bakıya qayıdacaq”-deyə S.Qənili əlavə edib.

Bundan başqa, yeni qatarlarda WI-FI sistemi də quraşdırılıb./azvision

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ