Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov oktyabrın 11-də etimadnaməsini bu ölkənin Prezidenti Yoaxim Qauka təqdim edib.
7news.Az xəbər verir ki, Yoaxim Qauk Ramin Həsənovu Almaniyada səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir qəbula görə Almaniya Prezidentinə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, vətəndaş cəmiyyəti, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı məsələlər müzakirə olunub.









