RU
Yeni sevgilisinə eşqini sübut etmək üçün keçmiş sevgilisini öldürdü - FOTO
17:40
739

Yeni sevgilisinə eşqini sübut etmək üçün keçmiş sevgilisini öldürdü - FOTO

Oğlan yeni sevgilisinə aşiq olduğunu sübut etmək məqsədi ilə keçmiş sevgilisini qətlə yetirib.

7News.Az Mirror-a istinadla xəbər verir ki, Rusiyada yaşayan 20 yaşlı Aleksey Petrov keçmiş sevgilisi Anastasia Pospelovanı meşəyə aparıb, boğaraq öldürüb.

Qətl hadisəsi Novosibirsk vilayətində baş verib.

Məlumatda bildirilir ki, Petrov yeni sevgilisi Yekaterina Karpova və keçmiş sevgilisi Anastasiyanı evinə dəvət edərək mərasim təşkil edib. Onlar birlikdə spirtli içkilər qəbul etdikdən sonra aralarında mübahisə yaranıb.

Alekseyin yeni sevgilisi Anastasiyanı qısqanıb və bildirib ki, sevgisini sübut etmək üçün onu öldürməlidir.

 

Spirtli içkinin təsiri altında olan Aleksey Anastasiyanı qətlə yetirib. İkili cəsədi gizlətməyə çalışsa da, qısa müddət sonra cinayətin üstü açılıb.

Hakim qarşısına çıxarılan cütlük cinayəti etiraf edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ