RU
Yeni sülh razılaşması imzalanacaq
15:41
453

Yeni sülh razılaşması imzalanacaq

Sabah Kolumbiya hökuməti ilə "FARC” silahlı qruplaşması arasında yeni sülh müqaviləsi imzalanacaq.

Yeni sülh razılaşması referenduma çıxarılmayacaq. Konqresdə müzakirə olunacaq sənədin qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl tərəflər arasında imzalanan sülh sənədi referenduma çıxarılmış və xalq tərəfindən rədd edilmişdi. Sənəddə silahı yerə qoyaraq günahkar olduğunu etiraf edən silahlıların bağışlanması barədə bəndin yer alması bəzi dairələrin etirazına səbəb olub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ