RU
Yeni teatr yaradıldı və direktor təyin edildi
12:42
1200

Yeni teatr yaradıldı və direktor təyin edildi

O, bir neçə məşhur filmin və verilişin ssenari muəllifidir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin  Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində “Bakı Estrada Teatrı” yaradılıb.

7News.Az xəbər verir ki, idarənin müvafiq əmrinə əsasən Fariz Qəribxan oğlu Əliyev Bakı Estrada Teatrının direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev – Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O,  “SOY” prodakşnın hazırladığı “Səs verməyin" şousunun, Atv kanalında yayımlanan “Belə yaxşıdır” və “Tamamla” verilişlərinin ssenaristi,   “Yeni Bakılılar” klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub.

“My name is İntiqam-1”, “My name is İntiqam-2” , “Şər qarışanda” filmlərinin ideya və ssenari muəllifidir.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ