RU
Yeni Zelandiyada 5,2 maqnitudada zəlzələ baş verib
10:30
20

Yeni Zelandiyada 5,2 maqnitudada zəlzələ baş verib

Yeni Zelandiyada 5,2 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, zəlzələ iyulun 3-də yerli vaxtla saat 23:20-də Kermadek ada qövsünün cənubunda baş verib. Zəlzələnin episentri təxminən 1,3 min nəfər əhalisi olan Hoks Bey şəhərindən 461 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ