RU
Yeni Zelandiyada FIFA Qadınlararası Dünya Çempionatı öncəsi silahlı hücum qeydə alınıb
17:57
513

Yeni Zelandiyada FIFA Qadınlararası Dünya Çempionatı öncəsi silahlı hücum qeydə alınıb


7NEWS.az xəbər verir ki, FİFA Qadınlararası Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Yeni Zelandiyanın Oklend şəhərində açılışa saatlar qalmış silahlı hücum olub. Yerli vaxtla saat 07:22-də şəhərin biznes mərkəzində tikinti meydançasında baş verən hücumda 2 nəfərin həyatını itirdiyi, biri polis olmaqla 5 nəfərin yaralandığı bildirilib. Silahlı hücum xəbərini alan polisin hadisə yerinə getməsindən sonra təcavüzkarın lift boşluğuna girərək bir müddət atəş açmağa davam etdiyi öyrənilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ