RU
Yeni Zelandiyada restoranda dəhşət: Kişi balta ilə müştərilərə hücum etdi - FOTO/VİDEO
15:00
66

Yeni Zelandiyada restoranda dəhşət: Kişi balta ilə müştərilərə hücum etdi - FOTO/VİDEO

Yeni Zelandiyanın Oklend şəhərində restoranların birində dəhşət yaşanıb. Belə ki, əli baltalı şəxs şəhərdə fəaliyyət göstərən Çin restoranında müştərilərə hücum edib.

Hadisə nəticəsində üç nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta və ağır qiymətləndirirlər.

Polisin məlumatına görə, hücum edən 24 yaşlı gənc hadisə yerində həbs edilib. Hadisənin motivləri məlum deyil.

 

Mənbə: İzvestiya


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ