Yeni Zelandiyada silah satışının məhdudlaşdırılacağı bildirilib.
Bu barədə "The Guardian”da məlumat dərc olunub.
Yeni Zelandiyanın baş naziri Casinda Ardern "Dünyamız həmişəlik dəyişib, qanunlarımızın bəziləri də dəyişəcək”, - deyə çıxış edib.
Ölənlərin sayının 49-a çatdığı terror aktından sonra yarıavtomat silahların satışının qadağan olunması vəd edilib.
Qeyd edək ki, saxlanılan şəxs 28 yaşlı şübhəli Brenton Tarrantdır.
7News.Az








