Avstraliyanın Sidney şəhərindən Yeni Zelandiyanın Oklend şəhərinə uçan LATAM Hava Yollarına məxsus sərnişin təyyarəsində baş verən "güclü təkanlar" nəticəsində azı 50 nəfər xəsarət alıb.
7NEWS.az xəbər verir ki, LATAM Hava Yolları açıqlamasında "uçuş zamanı güclü sarsıntıya səbəb olan texniki insident baş verdiyini" bildirsə də, açıqlamada hadisə ilə bağlı ətraflı məlumat verilməyib. Təyyarə Oklendə enən zaman sərnişinləri tibb işçiləri qarşılayıb.
7NEWS.az








