7NEWS.az xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) faiz dərəcəsini dəyişməz olaraq buraxdı və bazarlara "şahin" mesaj göndərərək, davamlı inflyasiya səbəbindən faiz dərəcələrinin gözləniləndən daha yüksək səviyyələrdə məhdudlaşdırıcı qalması lazım ola biləcəyinə işarə etdi. RBNZ-nin verdiyi açıqlamaya görə, göstərici faiz dərəcəsi son 14 ilin ən yüksək səviyyəsi olan 5,50 faiz səviyyəsində saxlanılıb. Bazarın gözləntisi faiz dərəcələrində dəyişiklik olmayacağı idi.
7NEWS.az








