3 günlük körpəsini alnından öpüb, kilsənin qarşısına qoyan kişi təhlükəsizlik kamerasına düşüb.
7news.Az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın Kerala vilayətində ata 3 günlük körpəsini kilsənin qarşına qoyaraq gedib.
28 yaşlı kişi və xanımı körpəni tərk etdiklərinə görə saxlanılıblar. Ata ifadəsində bildirib ki, 4-cü övladı olduğuna görə cəmiyyətin bunu normal qəbul etməyəcəyini düşünüb və körpəsindən qurtulub.


7news.Az










