RU
Yeniyetmə 250 min dollar qazandı
11:42
1140

Yeniyetmə 250 min dollar qazandı

Birləşmiş Ərəb Əmirliklərində son dərəcə maraqlı yarışma keçirilib.

7News.az xarici mətbuata istinadən xəbər verir ki, "Vörld Droun Priks 2016" adlı Dünya çempionatında iştirak etmək üçün dünyanın dörd bir yanından 150 iştirakçı Dubaya təşrif buyurub.

Yarışmanın adından da göründüyü kimi, müsabiqədə məqsəd pilotsuz aparatları ən yaxşı şəkildə idarə etməkdir.

İştirakçılar arasında yaş məhdudiyyəti qoyulmadığından, istənilən yaşda olan həvəskarlar əsas mükafat uğrunda mübarizəyə qatıla bilib. Elə ən böyük mükafatı da heç kimin gözləmədiyi halda, Tornado X-Bleyds Banni-UK komandasının 15 yaşlı pilot-operatoru Lyuk Bannister qazanıb. Bu balaca britaniyalı ilk yeri tutmaqla nə az, nə çox - düz 250 min dollar əldə edib.

Yarışmada ikinci yerli Dubay Dronetek komandası, bürünc mükafatı isə rusiyalı heyyət qazanıb. Onu da qeyd edək ki, "Vörld Droun Priks 2016" - apparatlar yarışı üzrə ilk və böyük dünya çempionatıdır. Təxminən 2 minə qədər tamaşaçının izlədiyi yarışın ümumi mükafat fondu 1 milyon dollar təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ