Bir neçə yeniyetmə 10 yaşlı qızı qəddarcasına döyürlər.
360 TV bununla bağlı kadrları yayımlayıb.
Bildirilir ki, hadisə Rusiyanın Kostroma vilayətində baş verib.
Zərərçəkənin anasının sözlərinə görə, 11-14 yaşlı uşaqlar ümumilikdə yeddi nəfər olub. Onlar qızla eyni məktəbdə oxuyurlar.
Ana bildiriblər ki, yeniyetmələr uşağı üzündən vurublar, zibil qabına başı aşağı atıblar, tüpürüblər və başqa təhqiredici hərəkətlər ediblər.
Hadisə ilə bağlı cinayət işinə başlanılıb.








