"NATO Ukraynanı və onun demokratik yolla seçilmiş hökumətini dəstəkləyir".
7NEWS.Az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar görüşündə bildirib.
Rusiyanı hərbi qüvvələrini Ukraynadan geri çəkməyə, diplomatik səylərə qoşulmağa çağıran NATO rəhbəri qarşıdurma istəmədiklərini, lakin Vaşinqton Sazişinin 5-ci maddəsinə uyğun olaraq "NATO məkanının hər qarışını” müdafiə edəcəklərini vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Avropa qitəsində sülhü darmadağın edərək İkinci Dünya müharibəsindən bu yana ən irimiqyaslı müharibəyə rəvac verdi.
7NEWS.Az







