RU
Yer Kürəsinin ən şimal adası tapıldı
13:30
259

Yer Kürəsinin ən şimal adası tapıldı

Kopenhagen universitetinin bir qrup alimi ekspedisiya zamanı naməlum ada aşkar ediblər.
7News.Az xəbər verir ki, bu barədə "Röyter” məlumat yayıb.

Adanın Yer Kürəsinin ən şimal nöqtəsində yerləşdiyi məlum olub.

"Biz qarşımızda yeni ada axtarışını məqsəd qoymamışdıq. Nümunələrə toplamaq üçün ekspedisiyaya çıxmışdıq”, – deyə alimlərdən biri Morten Raş bildirib.

Belə ki, ekspedisiya qrupu əvvəlcə 1978-ci ildə kəşf edilmiş Oodaak adasına gəldiklərini düşünsə də, sonradan məlum olub ki, alimlər həmin məkandan 780 metr şimal-qərbdəki adaya yerləşiblər.

Həmin adaya "Kekertak Avvannarleq” adı verilib. Qrenlandiya dilindən tərcümədə "Ən şimaldakı ada” mənasını verir. Axar.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ