RU
“Yer Saatı-2016”dan maraqlı
12:11
1535

“Yer Saatı-2016”dan maraqlı

“Yer saatı” kampaniyası yüz milyonlarla insanı birləşdirən qlobal ekoloji hərəkatdır.

“Yer saatı” ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunmuşdur. Aksiya zamanı 2.2 milyon şəhər sakini və 2,000-dən çox təşkilat qlobal iqlim dəyişikliyinə qarşı çıxaraq bir saatlıq işıqları söndürmüşdülər. Bir ildən sonra isə Earth Hour 35 ölkədə 50 milyondan artıq insanla qlobal hərəkata çevrilmişdir.

Hər il, mart ayının son şənbə günü, yerli vaxtla saat 20:30-da Yer saatı kampaniyası ənənəvi hal almış 162-dən çox ölkə və 7000-dən çox şəhəri iştirak etdiyi qlobal bir hadisəyə çevrilən “işıqların söndürülməsi” saatını qeyd edir.

“Yer saatı” kampaniyası Azərbaycanda 2011-ci ildən qeyd olunur. Hər il kampaniya ölkəmizdə minlərlə insanın iştirakı ilə baş tutur, bir çox hökumət və özəl təşkilatlar tərəfindən dəstəklənir.

Bu il Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Green Baku ekoloji gənclər birliyinin təşkilatçılığı ilə 19 mart 2016-cı il tarixində “Yer Saatı-2016” ekoloji kampaniyası keçirilmişdir. Bu il kampaniyaya Bakı şəhəri ilə yanaşı Gəncə, Lənkəran və Quba şəhərləri də qoşulublar.

"Yer Saatı-2016" tədbirinə 178 ölkədən 7000-dən çox şəhər qoşulmuşdur. Bu il tədbirdə dünyanın 350-dən çox məhşur binası fasad və həyat üçün zəruri olmayan işıqları bir saat müddətində söndürməklə kampaniyaya dəstək verilib.

Bakı şəhəri üzrə Bakı şəhər İcra Hakimiyyəti, Hökümət Evi, Qız qalası, Şirvanşahlar sarayı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azercell, ASAN Xidmət, Hilton, İnturist və Bakı Bulvar hotellərinin binaları bir saatlıq elektrik enerjisinə qənaət edərək iqlim dəyişikliyi mücadiləsinə qoşulublar.

Tədbir iştirakçıları 19 mart 2016-cı il tarixində saat 20:30-21:30-da AMEA binasının qarşısında kampaniyanın rəmzi olan “60+” yazısını şamlarla işıqlandırmışdılar. Eyni zmanada öncədən elan olunmuş “Ən kreativ şam” müsabiqəsinin qalibləri sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ