RU
Yerdən “Super Ay” belə görünüb - FOTO/VİDEO
15:40
485

Yerdən “Super Ay” belə görünüb - FOTO/VİDEO

Bu günlərdə planet sakinləri "Super Ay” hadisəsini izləyib. Belə ki, Ay yerə ən yaxın məsafəyə qədər yaxınlaşıb. Dünyanın dörd bucağından olan insanlar bu fürsəti qaçırmayaraq, Yerin peykinin yaratdığı gözəl mənzərənin şəkillərini çəkib.

"Super Ay” hadisəsi hər il yaşanır. Buna səbəb Ayın Yer ətrafındakı orbitinin elliptik formada olmasıdır.

Nəticədə, Yerlə Ay arasındakı məsafə tez-tez dəyişir; ən çoxu 406 min kilometr uzaqlaşır və ən azı 357 min kilometr yaxınlaşır. "Super Ay” hadisəsi məhz sonuncu qeydə alınan zaman yaşanır.

Tam Ay perigeyi (Ay orbitinin yerə ən yaxın nöqtəsi - red.) zamanı, Yerin peyki 14% daha böyük və məhtapı isə 30% daha bəyaz olur.

 7News.Az Oxu.Az-a istinadən "Super Ay” hadisəsinin foto və videogörüntülərini təqdim edir:

 

 

February's full moon, also known as the "snow moon," will brighten the skies as the biggest supermoon of the year https://cnn.it/2DPl4TU 

456 people are talking about this
 

Timelapse footage captures a spectacular view of tonight's "supermoon" over the Providence skyline. https://abcn.ws/2DXJIld 

464 people are talking about this

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ