RU
Yerə
11:15
1755

Yerə "qatil" planet yaxınlaşır?

"Səmadakı bu işıltının nə olduğunu bilmirəm. Deyilənlərə görə, Nibiru planetidir. O, Yeri məhv edə bilər".

Amerikalı evdar qadın Melissa Hoffman Sakit Okeanda müəmmalı parlaqlığın videosunu çəkib.
O, həmin işığın Nibiru planeti ola biləcəyini istisna etməyib.

Ekspertlər isə "müəmmalı işığın" okeanda keçirilən hərbi təlimlər zamanı atılan raketin qoyduğu iz olduğunu deyirlər.
"Ayur Veda"larda haqqında çox yazılan və qədim Mayya sivilizasiyasının inanclarında xüsusi yer tutan Nibiru planeti Yerdən görünmür.
Ən müxtəlif ufoloqlar, "yadplanetli sivilizasiya tədqiqatçılar"ının dediklərinə görə, Nibiru bu ilin dekabr ayında Yer planeti ilə toqquşacaq.
Hələ qədim Babilistanda astronomlar deyirdilər ki, Nibiru adlı ulduz topası hər 12 min ildən bir Günəş sistemində peyda olur. İş ondadır ki, Nibirunun orbiti Günəşlə müqayisədə çox böyükdür.

Nibiru barədə Vanqa da danışıb.
1979-cu ildə ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri Nibiruya bənzər səma cismini aşkarlamışdılar.
Çeşidli ezoterik təxminlərə görə, mifik Nibiru planeti Günəş sistemində dolaşır, marşrutunu 3600 il ərzində qət edir.
Qədim şumerlər yazırdılar ki, Nibiru planetində yaşayanlar "anunak"lardır. Onların Yerlə əlaqə saxlamaq üçün güya planetimizə ekspedisiyalar təşkil etdikləri də yazılırdı.

Fəqət Nibirunun mövcudluğunu heç bir elmi araşdırma və ya tədqiqat təsdiqləməyib.
Alimlər də Nibirunun varlığı və ya "təhlükəsi" ilə bağlı məlumatları uydurma sayırlar./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ