RU
Yerevan meriyası qarşısında etiraz aksiyası - FOTO
12:35
496

Yerevan meriyası qarşısında etiraz aksiyası - FOTO

Yüzdən çox etirazçı Yerevan meriyasının binası önünə toplaşaraq, icra hakimiyyətinin işçilərini şəhər administrasiyasına buraxmaqdan imtina ediblər. Etirazçılar paytaxt meri Toran Marqaryanın istefasını tələb edirlər. 

7news.Az xəbər verir ki, bununla bağlı TASS agentliyi məlumat yayıb. 

"Buraya heç kim girməməlidir. Bu, korrupsiya və məmurlara qarşı vətəndaş itaətsizliyi aksiyasıdır”, - nümayişçilər bildiriblər. 

Dünən axşam saatlarında yerli xəbər portalları Yerevan merinin var-dövləti ilə bağlı məlumatlar yayıb. 

Məlumatda merə və onun ailəsinə məxsus olan bir neçə elit malikanənin, o cümlədən daşınmalarla məşğul olan şirkətlərin siyahısı dərc edilib. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ