Yerevanda “Təsis parlamenti” radikal müxalif təşkilatının üzvü Arutyun Ağlamazyanın təşkilatçılığı ilə etiraz aksiyası keçirilir.
Yüzlərlə insan qeyri-qanuni rejim tərəfindən həbs edilmiş Yerevan qiyamçılarının azad olunmasını tələb etmək üçün Azadlıq meydanında toplaşıblar.
A.Ağlamazyan mitinq iştirakçılarına müraciət edərək bildirib ki, mikrofon azaddır və istənilən şəxs çıxış edə bilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları Azadlıq meydanından kənara çıxmağa icazə verməyiblər./oxu
7news.Az








