RU
Yerevanda atışma - FOTO
12:51
284

Yerevanda atışma - FOTO

Ötən gecə Yerevanda atışma baş verib.

News.am-ın məlumatına görə, silahlı insident nəticəsində yaralanmış üç nəfər yerli xəstəxanaya çatdırılıb.

Atışma şəhərin avtoyuma məntəqələrindən birində baş verib. Hadisə yerinə gəlmiş polis əməkdaşları və müstəntiqlər "Range Rover” markalı avtomobildə güllə izləri aşkarlayıb. Avtomobilin salonunda beysbol dəyənəyi və qan izləri olan gödəkçə tapılıb.

Bundan başqa, yaxınlıqdan güllə izləri olan "Toyota” aşkarlanıb.

Faktla əlaqədar cinayət işi açılıb. Yaralanmış şəxslərin kimliyi və hadisənin təfərrüatı hələlik açıqlanmır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ