Ötən gecə Yerevanda Azaldıq meydanında 50-yə yaxın müxalifət təmsilçisi qalıb.
Yerevanda müxalifətin toplantısı başlayıb, saat 18.00-da isə "Azadlıq" meydanında növbəti mitinq keçiriləcək.
Bunu "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi liderlərindən biri, "İrs" Partiyasının sədri Raffi Ovannisyan bildirib.
Onun sözlərinə görə, ötən gecə meydandakı aksiya dinc keçib: ""Yeni Ermənistan" Hərəkatının rəhbəri Jirayr Sefilyan və "İrs" Partiyasının təmsilçisi Armen Martirosyan meydanda gecələyib".
R.Ovannisyan deyib ki, aksiya iştirakçıları mübarizəni davam etdirməyə hazırlaşırlar.
Xəbərə görə, Yerevandakı "Azadlıq" meydanında gecə 50-yə yaxın müxalifət təmsilçisi qalıb. Onlar bannerlərdən düzəltdikləri çadırda gecələyiblər.
Qeyd edək ki, dekabrın 6-da Ermənistanda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək.
Dekabrın 1-də isə "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi hakimiyyətin istefası tələbilə müddətsiz etiraz aksiyası keçirməyi başlayıb./report
7news.az








