Yerevanda qiymətlərin artmasına etiraz olaraq nümayiş keçirilir.
Şarl Aznavur meydanından başlayan aksiyanı "Çıxış” bloku həyata keçirir. Blokun bəyanatında sosial vəziyyətin çox ağır olduğu bildirilir:
"2018-ci ilin ilk günlərindən etibarən ölkədə qiymətlər artmağa başlayıb. Eyni zamanda sosial vəziyyət çox ağırdır”.
Onlar qeyd edib ki, bu vəziyyətlə razı deyillər və buna görə də aksiya etmək qərarını veriblər:
"Biz qiymət artımına və verginin yükünün ağırlığına "Yox” deyirik”./oxu
7News.Az








